29.05.2015

Puşkinin Çaadayevə məktubu

"Şübhəsiz, sxizma (kilsələrin ayrılması) bizi Avropanın geri qalan qismindən ayırdı və biz onu sarsan heç bir böyük tarixi hadisədə iştirak etmədik, lakin bizim xüsusi rolumuz var idi. Rusiya, onun sonsuz miqyası monqol işğalını uddu. Tatarlar bizi keçib qərb sərhədlərimizə çata bilmədilər. Onlar öz səhralarına qayıtdılar və xristian sivilizasiyası qurtuldu. Bu məqsədə çatmaq üçün biz elə bir xüsusi mövcudiyyətdə olmalı idik ki, xristian kimliyimizi qoruya bilək. Bununla belə, bu forma mövcudiyyət bizi xristian dünyasına tamam yad qıldı...
...O ki qaldı bizim tarixi əhəmiyyətsizliyimizə, burda mən heç cür sizinlə razılaşa bilmərəm...
Siz (əlinizi vicdanınıza qoyaraq), həqiqətən, Rusiyanın indiki vəziyyətində elə bir əhəmiyyətli şey tapmırsınız ki, o gələcəkdəki tarixçini heyrətləndirsin?
Baxmayaraq ki mən çara səmimi qəlbdən bağlıyam, heç də ətrafımda gördüyüm hər şeyi təqdir etmirəm; ədəbiyyatçı olaraq - bunlar məni qıcıqlandırır, insan kimi önyarqılı biri olaraq - təhqir olunmuş hiss edirəm, - lakin şərəfimlə and içərəm ki, həyatda heç vaxt Tanrının bizə verdiyi bu ölkədən başqa bir vətən istəmərəm və ya əcdadlarımızın tarixindən başqa bir tarixə sahib olmaq istəmərəm".


19 oktyabr 1836-cı il